Sürüşməz
Bu nə qovğa, nə səs küydü, ay Nəzir,
Dünya alt –üst olar, ərəb sürüşməz.
O, kimlərsə kəndə salıb hay-həşir,
De ki, yox təsirli səbəb ,- sürüşməz.
*****************************
Bir tarixə yaxşı-yaxşı fikir ver,
Sürüşübmü haqq nəzəri olan yer.
Səbəb oldunuz ki, yaransın bu
Yaxa yırtmaq düşsədə dəb – sürüşməz.
*****************************
Sürüşən yer gil üstündə kütlədi,
Sizin yerlər qaya üstə külçədi.
Elə isə bu vur –həşir bəs nədi,
Sabit qədəm, ali mənsəb sürüşməz.
*****************************
Təbliğ elə kənddə allah yolunu,
Xərcləsinlər halal zəhmət pulunu.
Yaradan bağışlar aciz qulunu,
Bəndə qazanmasa qəzəb sürüşməz.
*****************************
Qoy tutsunlar bir-birinin qolundan,
Çıxmasınlar Mühəmmədin yolundan.
Göz yığsınlar fəlakətin pulundan,
Olmasalar Əbu Ləhəb sürüşməz.
Açar sözlər:
Məndən soruş
Nəzər et dünyaya xoş rəğbət nədir, məndən soruş,
Mürği dilə qıl nəzər, ülfət nədir, məndən soruş.
***************************************
Malu-mülk qayğısına gəl çox da qatma başını,
Dünya zövqü, ömür üçün zinət nədir, məndən soruş.
****************************************
Sal nəzər tarixlərə, faydasını bil müxtəsər,
Xəlq ilə vəhdət qılan diqqətdədir, məndən soruş.
*****************************************
Ömrünü paklıq üçün həsr eyləyər arif olan,
Zati paklar nəçidir, ismət nədir, məndən soruş.
****************************************
Əql ilə dünyaları fəth eyləmək müşkül deyil,
Kamil idrak ünvanı zəhmətdədir, məndən soruş.
****************************************
Babalardan qalmadır çox dürlü adətlər bizə,
Doğru yol adətlərə hörmətdədir, məndən soruş.
****************************************
Haqqü-tala ol kəsə öz rəhmini qıymış ki, bil,
Daima tanrı ilə ülfətdədir, məndən soruş.
***************************************
Bir ədəbdir hər kəlam şeyxin dəhanından qopar,
Əxz elə olsun malın, beyətdədir, məndən soruş.
***************************************
Daima öyrənməyə səy eylə sən, Elcan demiş,
Hər bilim öyrənməyə rəğbətdədir, məndən soruş.
Açar sözlər:
1918-ci ildə Acıdərə ərazisində şəhid olmuş Türk əsgərinin məzarı önündə
Əssalamu Əleyk Qədir Əfəndi,
Səndən bulduq qeyrət nədir, əfəndi.
Aqibətin Xeyir oldu Türk oğlu,
Tanrı qutlu etdi getdiyin yolu.
Ömür yolun bitdi qanlı savaşda,
Yetdin Şəhadətə çox erkən yaşda,
Qurtuldu sayəndə yenilməz vətən
Düşdün tarixlərə ər oğlu ər tək,
Bağladın adına ehtiram, istək.
Tarix zəfərinlə döndü 70 il,
Millət təkrarlandı 70 nəsil.
Bəli, yad olundu adın 70 il,
Çiçək açdı arzuların hər fəsil.
Heyif, cəsarətin bitmədi bizdə,
Düşdük təlatümə səksən səkkizdə.
Baş qaldırdı yağı, qızışdı ara,
Fələk fürsət verdi xəyanətkara.
Dur bax mövqeyində dayandıqca biz,
İtirildi yurdun iyirmi faiz.
Hər il məqamına toplanıb həmən,
Cəsarət startı istərik səndən.
Nə olar bir nicat əxz elə bizə,
Cala qeyrətindən qeyrətimizə.
Sığınaq tanrıya, enək tövbəyə,
Əzm ilə qayıdaq köhnə mövqeyə.
Məsəl var: “Gec oldu, güc oldu” deyən,
Silinsin bu ləkə mənliyimizdən.
İnşallah, toplaşıb növbəti dəfə,
Məzarın yanında düzülək səfə.
Sevinclə ruhuna verək hesabat,
Bəlkə halallaşa yaşanan həyat.
Təki pozulmasın qoyduğun əsas,
Qiyamət gününə qalmasın qisas.
Açar sözlər:
Nəsihət
Lağ edənlər Mərəzənin şoruna,
Söydürməsin dədəsinin goruna.
İştah verir ətri gəlcək buruna,
Mərəzə şorunun min hikməti var.
****************************
Şor dediyin qidaların şahıdır,
Süfrələr bəzəyi, el mətahıdır.
Yoxsulun, acizin qibləgahıdır,
Hədyan deməz, kimin nəcabəti var.
*****************************
Şoru ələ salan lotu-potular,
Özü də bilmədən əslini danar.
Bərəkət simvolu, bu nemət ki var,
Hatəm misallıdır, səxavəti var.
*************************
Mərəzəni şor mədəni sanan kəs,
Özünü aş yeyən sırıma əbəs.
Baban da bu yolda çox edib həvəs,
Gec başa düşüb ki, qəbahəti var.
*******************************
Şamaxı südünə şor deyən əbləh,
Ucuz yaltaqlıqdan eyləmə fərəh.
Nəslindən uludur güldüyün təbəh,
Tarixlər bəzəyi ləyaqəti var.
*******************************
Fikrindən tək özün bəhrələnərsən,
Şişib genələrsən, nəhrələnərsən.
Cahilsən, gədasan, beş-on nəfərsən,
Gerçəyin isbata nə hacəti var.
*******************************
Bilmirsən nəçisən, zatın, soyun kim,
Süd nədi, yağ nədi, yaxud qoyun kim.
Ay sənə süd verən . . . . . . . . ,
Bilsin ki, dünyanın nə ləzzəti var.
Açar sözlər:
Qabaqki yazılar
- Məndən soruş
- Türk əsgərinin məzarı önündə
- Nəsihət
- Sevilib köçənlər bəxtiyar imiş
- Azərbaycan
- Qaldı
- Qəzəl
- Yaraşır
- “Yanıq Kərəmi”yə oynamaq olmaz!


















