Baxanda gül gülə, gül qüssədən solur biləsən,
Baxma, soldurma da, gəl gülləri innən belə sən.
****************************************
Gül ətri səndən alır, sən nə gəzirsən görəsən,
Gülə meydan oxuyursan beləcə mən bilə, sən.
****************************************
Doğrusu, odlanıram hər baxanda sən gülə mən,
Noola, aşiqinə illacı-əlac bir güləsən.
****************************************
Onsuz vəfasız ömür bitmədədir fikrin ilə,
Neyləyim, mən beləyəm, sən də özüntək eləsən.
****************************************
Başqa iş gəlmir əlimdən, ötürəm ismin ilə,
Qorxuram ki, düşəsən böyləcə dildən-dilə sən.
****************************************
Bəsdi zalım, nə olar insafa-mürvətə qayıt,
Uzaşıb getmə xəyalən hər uzaq mənzilə sən.
****************************************
Dinlə Elcanı! Fənalıq bürüsə sonda səni,
Yetişən olmayacaq, imdadı kimdən diləsən.
Açar sözlər:
Ey haqq yolu! Səndən də gözəl yol dəxi varmı?
Duymaqda ikən səmtini can, əsla çaşarmı?
****************************
İdrakla keçilməkdəsən, həm də sonu bəlli,
Haqqa yetirir min bir əzabın, bu təsəlli.
*******************************
Paksan və əzizsən əbədi öz çətininlə,
Səcdəndəyəm, həm fəxr edirəm hər mətninlə.
******************************
Yüksəlmədə, pir olmada sehrinlə gedənlər,
Fikri, əməli nur saçan ulduzlara bənzər.
**************************************
Sardı canımı hikmətin, oldun sənə yolçu,
Əsli nəsəbimdən miras ikən mənə həm bu.
**************************************
Ey kaş, yetirə iznin ilə mənzilə bəxtim,
Ol kəs sayağı ki, onu əfv eylədi Rəbbim.
******************************
Həm söyləyə Tanrı dəxi: keçdim günahından,
Get, arxayın ol Şıxbala, nurlu sabahından.
Açar sözlər:
Qabaqki yazılar
- Məndən soruş
- Türk əsgərinin məzarı önündə
- Nəsihət
- Sevilib köçənlər bəxtiyar imiş
- Azərbaycan
- Qaldı
- Qəzəl
- Yaraşır
- “Yanıq Kərəmi”yə oynamaq olmaz!


















