Reklam verin!
Karvan-karvan ərənlərə yurd olan, Qobustanım, Qobustanım, Qobustan.

Ey haqq yolu! Səndən də gözəl yol dəxi varmı?

Duymaqda ikən səmtini can, əsla çaşarmı?

**************************** 

İdrakla keçilməkdəsən, həm də sonu bəlli,

Haqqa yetirir min bir əzabın, bu təsəlli. 

*******************************

Paksan və əzizsən əbədi öz çətininlə,

Səcdəndəyəm, həm fəxr edirəm hər mətninlə.

******************************

Yüksəlmədə, pir olmada sehrinlə gedənlər,

Fikri, əməli nur saçan ulduzlara bənzər. 

**************************************

Sardı canımı hikmətin, oldun sənə yolçu,

Əsli nəsəbimdən miras ikən mənə həm bu. 

**************************************

Ey kaş, yetirə iznin ilə mənzilə bəxtim,

Ol kəs sayağı ki, onu əfv eylədi Rəbbim.

****************************** 

Həm söyləyə Tanrı dəxi: keçdim günahından,

Get, arxayın ol Şıxbala, nurlu sabahından.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Aprel 30, 2008 14:02 | Qəzəllər | Şərhlər(1) | Baxış sayı: 47

                  Yaraşır 

                                                     "Muğam-2007" yarışmasına tamaşaçı münasibəti 

Muğamın möcüzəsi sirri Xudadan yol alır,

Bu yolun yolçusuna elm ilə ürfan yaraşır. 

******************************** 

Xoş sədasıyla seçilmiş daim odlar diyarı.

Hüsnünə ruh ovudan nəğməli meydan yaraşır 

*********************************

Ümummilli liderin fondu milli bəxt üzüyü

Dəyərli qaşdır ona xanım Mehriban, yaraşır

********************************* 

Bu yarışda hərənin öz yeri var, gizli deyil

Fəxr edə Abgül ilə Azəribaycan, yaraşır 

*********************************

Muğamsevərlərinin orda kı, Nişanəsi var

Qoşula nəğməsinə cümlə Qobustan, yaraşır 

*********************************

Həzin –həzin dinə Nasir, Rəvanə dil-dil ötə

Söyləyə məsləhətin Mənsum, Ağaxan yaraşır 

*********************************

Şəmsəddin göstərə səy ki, dəxi Vüsala yetə

Səkinə, Arif danışa ölçü-nizamdan yaraşır 

*********************************

Güllü, Elməddin, Ehtiram Könülinən oxuya

Bəzmi dəst olsa Səxavətlə Natavan, yarışır

********************************* 

İbrahim, Ramiz ilə şərh edə nöqsan nəki, var

Əlbaba rəy verə. Nadir yaza fərman yaraşır 

*********************************

Xoş muğam nəşəsi var ki, o qədər zövq verir

Hər nəfər cuşa gəlib olsa qəzəlxan, yaraşır 

**********************************

Sahibin,  Toğrulun ifası yayıldıqca cana

Miili ruh ovqatını vəsf edə Elcan yaraşır


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Aprel 30, 2008 13:47 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 49

“Yanıq Kərəmi”yə oynamaq olmaz! 

Kərəm yandı Xan Əslinin oduna,

Bir dastan yaratdı sevgi adına.

Bəlli olsun yaxınına, yadına,

Nakam məhəbbəti oynamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz! 

***************************** 

Bu nə “Sarıtel”di, nə də “Misri”di,

Burda Kərəm ülviyyətin əsridi.

Qəmə rəqs eləmək cahil kəsridi,

Bu not üstə coşub çağlamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Burda Lələ köçüb, boş qalıb yurdu,

Burda qəm ləşkəri Müzəffər ordu.

Burda ərşə bülənd məhəbbət odu,

Şərlə bir qazanda qaynamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

İzi itən yerdə “Qara Keşiş”in,

Hicran fürsət tapıb görübdür işin.

Unudub söy kökün, nakam keçmişin,

Yağıya mərhəba söyləmək olmaz,

 “Yanıq Kərəmi”yə oynamaq olmaz!

************************ 

Harda qurulubsa saf eşqə tələ,

Orda tufan qopub, olub zəlzələ.

Göz yaşı dönəndə kükrəyən selə,

Aşıq kədərini duymamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz! 

*****************************

Müşküldür qandırmaq haqqı qansıza,

Dərd duyan ürəkdən gərək qan sıza.

Rəvac verib dinsizə, imansıza,

Hissə qapılmaqdan doymamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Ariflər tez anlar ağsaqqal sözün,

Çün onlar söyləyir mətləbin düzün.

Əslinin atəşin, Kərəmin közün,

Üfürüb ürəkdən qovlamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Rəqs üçün nə çoxdur el havaları,

Çaldırıb oyna da, rəqqasə var.

Hərdən etdiyini düşün də, barı,

Axı bu boyda da qanmamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Bir öyüddür qəbul edən hər kəsə,

Qol açmaq nə lazım, hər gələn səsə.

Pis olmaz hərdən bir könlün istəsə,

Elin şad günündə oynamaq az-az,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Aprel 30, 2008 10:42 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 61

       Qobustan bayramları 

Xoş nəğmədir ana yurdun növrağı,

Təravəti bir dəfinə yarpağı,

Sazlı –sözlü sənətkarlar oylağı,

Həsrətinin öz sözü, öz bəstəsi.

******************** 

Çal-çağırlı bayramları gözəldir,

Təpə-dırnaq şeriyyatdı, qəzəldi.

Saz dilə gəldimi işlər düzəldi

Ruhu ovsunlayır xoş təranəsi. 

*************************

Elşən “Misri”, “Baş Sarıtel” çalanda,

Ürəklər ritminə qoşur bir anda.

Könül vəcdə gəlir, vallah bax onda,

Fəth olunur duyğuların zirvəsi. 

**************************

Şövq ilə səhnəyə gələndə Xanış,

Titrədir salonu sürəkli alqış.

Sənətə nə boyda sevgi olarmış,

Yaradarmış Məhəbbət əfsanəsi. 

**************************

Məliyin ifası qara zurnada,

Az qalır kürreyi ərzi oynada.

Çox-çox ustadları gətirir yada,

Əvəzin, Abbasın ustadnaməsi. 

**************************

Onda ki, qavala sarılır Camal,

Ötən əyyamlara boylanır Xəyal.

Əməlli-başlıca durulur əhval,

Dəyişdikcə muğamların guşəsi. 

***************************

Neyi dilləndirir Mirzağa kövrək,

Çağlayır duyğular şəlalələrtək.

Eminağa, Əlfağa cuşa gələrək,

Gətirir riqqətə hər duyan kəsi. 

****************************

Həzin bir nömrə də Nemətdən gəlir,

Şaqraq zəngulələr göyə yüksəlir.

Nişanə Xəyala köməyə gəlir,

Hər səs bir ərməğan, tanrı töhfəsi. 

****************************

Alqışlar altında qızışır meydan,

Qoşulur yarışa neçə  növcavan.

Bayram əhvalından zövq alır Elcan,

Tərənnüm olunur Odlar ölkəsi.


Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Aprel 30, 2008 10:36 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 37

Qabaqki yazılar

  Yazılar cəmi: 13    Sonrakı səhifə »