Reklam verin!
Yuma Ailə Jurnalı
Karvan-karvan ərənlərə yurd olan, Qobustanım, Qobustanım, Qobustan.

 1918-ci ildə Acıdərə ərazisində şəhid olmuş Türk əsgərinin məzarı önündə 

 Əssalamu Əleyk Qədir Əfəndi,

Səndən bulduq qeyrət nədir, əfəndi.        

Aqibətin Xeyir oldu Türk oğlu,

Tanrı qutlu etdi getdiyin yolu.

Ömür yolun bitdi qanlı savaşda,

Yetdin Şəhadətə çox erkən yaşda,

Qurtuldu sayəndə yenilməz vətən

Düşdün tarixlərə ər oğlu ər tək,

Bağladın adına ehtiram, istək.

Tarix zəfərinlə döndü 70 il,

Millət təkrarlandı 70 nəsil.

Bəli, yad olundu adın 70 il,

Çiçək açdı arzuların hər fəsil.

Heyif, cəsarətin bitmədi bizdə,

Düşdük təlatümə səksən səkkizdə.

Baş qaldırdı yağı, qızışdı ara,

Fələk fürsət verdi xəyanətkara.

Dur bax mövqeyində dayandıqca biz,

İtirildi yurdun iyirmi faiz.

Hər il məqamına toplanıb həmən,

Cəsarət startı istərik səndən.

Nə olar bir nicat əxz elə bizə,

Cala qeyrətindən qeyrətimizə.

Sığınaq tanrıya, enək tövbəyə,

Əzm ilə qayıdaq köhnə mövqeyə.

Məsəl var: “Gec oldu, güc oldu” deyən,

Silinsin bu ləkə mənliyimizdən.

İnşallah, toplaşıb növbəti dəfə,

Məzarın yanında düzülək səfə.

Sevinclə ruhuna verək hesabat,

Bəlkə halallaşa yaşanan həyat.

Təki pozulmasın qoyduğun əsas,

Qiyamət gününə qalmasın qisas.  


Bookmark and Share

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 8, 2008 8:11 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 47

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha