Məndən soruş
Nəzər et dünyaya xoş rəğbət nədir, məndən soruş,
Mürği dilə qıl nəzər, ülfət nədir, məndən soruş.
***************************************
Malu-mülk qayğısına gəl çox da qatma başını,
Dünya zövqü, ömür üçün zinət nədir, məndən soruş.
****************************************
Sal nəzər tarixlərə, faydasını bil müxtəsər,
Xəlq ilə vəhdət qılan diqqətdədir, məndən soruş.
*****************************************
Ömrünü paklıq üçün həsr eyləyər arif olan,
Zati paklar nəçidir, ismət nədir, məndən soruş.
****************************************
Əql ilə dünyaları fəth eyləmək müşkül deyil,
Kamil idrak ünvanı zəhmətdədir, məndən soruş.
****************************************
Babalardan qalmadır çox dürlü adətlər bizə,
Doğru yol adətlərə hörmətdədir, məndən soruş.
****************************************
Haqqü-tala ol kəsə öz rəhmini qıymış ki, bil,
Daima tanrı ilə ülfətdədir, məndən soruş.
***************************************
Bir ədəbdir hər kəlam şeyxin dəhanından qopar,
Əxz elə olsun malın, beyətdədir, məndən soruş.
***************************************
Daima öyrənməyə səy eylə sən, Elcan demiş,
Hər bilim öyrənməyə rəğbətdədir, məndən soruş.
Açar sözlər:

