Reklam verin!
Karvan-karvan ərənlərə yurd olan, Qobustanım, Qobustanım, Qobustan.

               Nəsihət 

Lağ edənlər Mərəzənin şoruna,

Söydürməsin dədəsinin goruna.

İştah verir ətri gəlcək buruna,

Mərəzə şorunun min hikməti var.

**************************** 

Şor dediyin qidaların şahıdır,

Süfrələr bəzəyi, el mətahıdır.

Yoxsulun, acizin qibləgahıdır,

Hədyan deməz, kimin nəcabəti var. 

***************************** 

Şoru ələ salan lotu-potular,

Özü də bilmədən əslini danar.

Bərəkət simvolu, bu nemət ki var,

Hatəm misallıdır, səxavəti var. 

*************************

Mərəzəni şor mədəni sanan kəs,

Özünü aş yeyən sırıma əbəs.

Baban da bu yolda çox edib həvəs,

Gec başa düşüb ki, qəbahəti var.

******************************* 

Şamaxı südünə şor deyən əbləh,

Ucuz yaltaqlıqdan eyləmə fərəh.

Nəslindən uludur güldüyün təbəh,

Tarixlər bəzəyi ləyaqəti var.

******************************* 

Fikrindən tək özün bəhrələnərsən,

Şişib genələrsən, nəhrələnərsən.

Cahilsən, gədasan, beş-on nəfərsən,

Gerçəyin isbata nə hacəti var.

******************************* 

Bilmirsən nəçisən, zatın, soyun kim,

Süd nədi, yağ nədi, yaxud qoyun kim.

Ay sənə süd verən .  .  .  .  .  .  .  . ,

Bilsin ki, dünyanın nə ləzzəti var.


Bookmark and Share

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 7, 2008 14:41 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 38

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha