Sevilib köçənlər bəxtiyar imiş
Ə.Ağamirzəyevin xatirəsinə
Vidalaşıb getdin yarızarafat,
Zarafat gerçəyə çevrildi heyhat.
Sən demə doğurdan faniymiş həyat,
Hər dürlü gərdişin sonu var imiş.
**********************
Duzlu deyimlərin qalıb yadigar,
Hər məqamımıza tuş gələni var.
Qalan ömrümüzü bizimlə yaşar,
Dost itkisi möhnət intizar, imiş.
**********************
Tez –tez yoxluğuna darılır ürək,
Getdin əlimizdən köçəri quş tək.
Dözümdən qeyri yol yoxdu, neyləmək,
Ömür deyilən bir etibar imiş.
**********************
Hərdən cəmləşirik yerin görünür,
Adın anıldıqca fikir bölünür.
Hərə bir ah çəkir nisgillər sönür,
Bu fələk necə də sitəmkar imiş.
**********************
Bütün dediklərim ruhuna bəlli,
Tanrıya qovuşdun, bu bir təsəlli.
Çümlə bəşər keçir bu yolu,- bəlli,
Sevilib köçənlər bəxtiyar imiş.
Açar sözlər:

