Azərbaycan
Ana yurdun intibahı ürəyimə fərəh verir,
Gündən-günə cilalanır, büllurlaşır Azərbaycan.
Zəfər yüklü uğurları hər gedişdə təsdiqlənir,
Yetkinləşir, samballaşır, qürurlaşır Azərbaycan.
***************************************
Çalxalanan dünyamızda dövlətimin yeri bəlli,
Gələcəyi uğurludur düşündükcə düz əməlli.
Möhtəşəmdir ehtişamı ,qoyulan gündən təməli,
Bu səbəbdən ümmanlaşır, aşıb-daşır Azərbaycan.
****************************************
Şəhərlərə köç etdikcə dağlarının əzəməti,
Göz oxşayır ruh ovudur sarayların təravəti.
Durulaşıb paklaşdıqca insanların təbiəti,
Başdan-başa təzələnir, cavanlaşır Azərbaycan.
****************************************
Qapıları taybataydır, xoş məramla gələnlərə,
Nemətini əsirgəmir qədir-qiymət bilənlərə.
İsti ana qucağıdır öz yerini bilsə hərə,
Bu xislətlə dünyamıza çox yaraşır Azərbaycan.
***************************************
Neçə məqam yollarının kəsişində bərqərardır,
Tale yüklü çözümlərdə xoş məramlı yeri vardır,
Düşməninə göz dağı tək millətinə iftixardır,
Bu minvalla pisliklərdən uzaqlaşır Azərbaycan.
****************************************
Övladına od bəxş edər atəş dolu varlığından,
Ürək coşub vəcdə gəlir yurdun bəxtiyarlığından,
Hər nəfəri şairləşir çıxıb sənətkarlığından,
Ucaların məqamında ucalaşır Azərbaycan.
**********************************
Nəyimiz var bu dünyada, bu sevimli yurddan savay,
Çox şükür, bu cənnət diyar olub bizə taledən pay.
Təbiəti sığal çəkir ruhumuza, çalır lay-lay,
Babalaşır, atalaşır, analaşır Azərbaycan.
Açar sözlər:

