Reklam verin!
Karvan-karvan ərənlərə yurd olan, Qobustanım, Qobustanım, Qobustan.

             Qaldı                               

                             Aşıq Mahmudun əziz xatirəsinə 

Bir eloğlunu da yaman itirdik,

Bitmədi ömrünün baharı, qaldı.

Ölümü vermədi aman, itirdik,

Yaddaşlarda əzmi, vüqarı qaldı. 

*********************

Həzin bir məlahət vardı səsində,

Qoşması, bəstəsi, zümzüməsində.

Zili-zil yerində, pəsi-pəsində,

Dinən nəğmələrin qatarı qaldı.

*********************

Yaman yaraşardı toya düyünə,

Sevinc bəxş edərdi hər gördüyünə.

Hər çələng bənzəməz o hördüyünə,

Neçə havaçatı, əşarı qaldı.

**********************

Hörmət qazanmışdı el arasında,

Fərqi yoxdur, olsun hər harasında.

Dostun şad günündə, yadın yasında,

Deyimi, duyumu, rəftarı qaldı.

*********************** 

Ölüm amansızdı, hər çeşidində,

Sarsıdır hər kəsi, ilk eşidəndə.

Doğrusu, yamanca karıxdım məndə,

Ağrıyan qəlbimdə qubarı qaldı.  

************************  

Gəl elim, yas saxla öz aşığına,

Bu yurdun məclislər yaraşığına.

Anıb toplaşmaqçün söz işığına

Ziyarət ünvanı: - məzarı qaldı.

************************

Bu fani dünyanın son payı möhnət,

Alın yazısıdı, beləymiş qismət.

Qanadlı ruhuna Tanrıdan rəhmət,

Təvəqqe eyləyən dostları qaldı.


Bookmark and Share

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: May 1, 2008 15:27 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 49

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha