Reklam verin!
Yuma Ailə Jurnalı
Karvan-karvan ərənlərə yurd olan, Qobustanım, Qobustanım, Qobustan.

“Yanıq Kərəmi”yə oynamaq olmaz! 

Kərəm yandı Xan Əslinin oduna,

Bir dastan yaratdı sevgi adına.

Bəlli olsun yaxınına, yadına,

Nakam məhəbbəti oynamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz! 

***************************** 

Bu nə “Sarıtel”di, nə də “Misri”di,

Burda Kərəm ülviyyətin əsridi.

Qəmə rəqs eləmək cahil kəsridi,

Bu not üstə coşub çağlamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Burda Lələ köçüb, boş qalıb yurdu,

Burda qəm ləşkəri Müzəffər ordu.

Burda ərşə bülənd məhəbbət odu,

Şərlə bir qazanda qaynamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

İzi itən yerdə “Qara Keşiş”in,

Hicran fürsət tapıb görübdür işin.

Unudub söy kökün, nakam keçmişin,

Yağıya mərhəba söyləmək olmaz,

 “Yanıq Kərəmi”yə oynamaq olmaz!

************************ 

Harda qurulubsa saf eşqə tələ,

Orda tufan qopub, olub zəlzələ.

Göz yaşı dönəndə kükrəyən selə,

Aşıq kədərini duymamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz! 

*****************************

Müşküldür qandırmaq haqqı qansıza,

Dərd duyan ürəkdən gərək qan sıza.

Rəvac verib dinsizə, imansıza,

Hissə qapılmaqdan doymamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Ariflər tez anlar ağsaqqal sözün,

Çün onlar söyləyir mətləbin düzün.

Əslinin atəşin, Kərəmin közün,

Üfürüb ürəkdən qovlamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Rəqs üçün nə çoxdur el havaları,

Çaldırıb oyna da, rəqqasə var.

Hərdən etdiyini düşün də, barı,

Axı bu boyda da qanmamaq olmaz,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!

*********************** 

Bir öyüddür qəbul edən hər kəsə,

Qol açmaq nə lazım, hər gələn səsə.

Pis olmaz hərdən bir könlün istəsə,

Elin şad günündə oynamaq az-az,

“Yanıq Kərəmi”yə oynamaq olmaz!


Bookmark and Share

Açar sözlər:

Yazar: Reshaiq M.Bayramov | Tarix: Aprel 30, 2008 10:42 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 61

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha