Açar sözlər:
Həsən Bəsrinin zikri
(Məsnəvi)
Müqəddimə
Bismillahir-rəhmanir rəhim!
Yaradana rəğmən.
Uca yaradandan bəxş olan kitab,
Öyrətdi bəşərə etməyi Xitab.
Toplayıb cəhdimi bu məramla mən,
Başladım yazmağa dərk etdiyimdən.
Diz çöküb tükənməz kəramətinə,
Sığındım sərhədsiz səxavətinə.
Odur kainatda hər kəsdən üstün,
Şəninə Şükürlər rizası üçün.
Ol! Dedi: Yarandı küllü kainat,
Sevgisiylə coşdu bətnində həyat.
Yoxdan var olduqca, cümlə məxluqat,
Onun izni ilə qazandı nicat.
Uludur, yüksəkdir qadir cəlalı,
Yaradan, yüksəldən elmi, kamalı.
Hamisi, sahibi ərzin, xilqətin,
Hər kəs dadmaqdadır bollu nemətin.
Fərq qoymaz küsməyə ruzisin verər,
Özü yeməz məzlumlara yedirər.
Məsnəvini tam formatda oxumaq üçün aşağıdakı linkdən yükləyin:
http://www.boxca.com/4x4c9iv0ggn0/HesenBesrinin_Zikri.doc.html
Açar sözlər:
Baxanda gül gülə, gül qüssədən solur biləsən,
Baxma, soldurma da, gəl gülləri innən belə sən.
****************************************
Gül ətri səndən alır, sən nə gəzirsən görəsən,
Gülə meydan oxuyursan beləcə mən bilə, sən.
****************************************
Doğrusu, odlanıram hər baxanda sən gülə mən,
Noola, aşiqinə illacı-əlac bir güləsən.
****************************************
Onsuz vəfasız ömür bitmədədir fikrin ilə,
Neyləyim, mən beləyəm, sən də özüntək eləsən.
****************************************
Başqa iş gəlmir əlimdən, ötürəm ismin ilə,
Qorxuram ki, düşəsən böyləcə dildən-dilə sən.
****************************************
Bəsdi zalım, nə olar insafa-mürvətə qayıt,
Uzaşıb getmə xəyalən hər uzaq mənzilə sən.
****************************************
Dinlə Elcanı! Fənalıq bürüsə sonda səni,
Yetişən olmayacaq, imdadı kimdən diləsən.
Açar sözlər:
Mərəzə
Ucasan, tarixin qədimdən qədim,
Dolandım dünyanı səndən görmədim,
Sadəsən, bərəkət ümmanısan sən,
Vətənsevənlərin ünvanısan sən.
********************************
Ey məsləkim, ruhum, canım, Mərəzə.
Damarımda axan qanım Mərəzə.
********************************
Min hikmət cəmlənib geniş sinəndə,
Ruhum cilvələnir adın gələndə,
Suyun duzlu məzə, havan tər-təmiz,
Dövrəndə zəmilər çağlayan dəniz.
********************************
Ey məsləkim, ruhum, canım, Mərəzə.
Damarımda axan qanım Mərəzə.
********************************
Xəbərsizdir, ötüb gedən, keçənlər,
Zirvələşir bir yol səndən keçənlər,
Süfrəndən dadanlar ləzzət aparır,
Bəyənir, yaxşını pisdən seçənlər.
*******************************
Ey məsləkim, ruhum, canım, Mərəzə.
Damarımda axan qanım Mərəzə.
*******************************
Çicəklənən yurdum, əzmin var olsun,
Səni quran əllər bəxtiyar olsun,
Arzumdur, cənnətə dönən sabahın,
Azərbaycanıma iftixar olsun.
*******************************
Ey məsləkim, ruhum, canım, Mərəzə.
Damarımda axan qanım Mərəzə.
Açar sözlər:
Qabaqki yazılar
- Məndən soruş
- Türk əsgərinin məzarı önündə
- Nəsihət
- Sevilib köçənlər bəxtiyar imiş
- Azərbaycan
- Qaldı
- Qəzəl
- Yaraşır
- “Yanıq Kərəmi”yə oynamaq olmaz!

















